...

Azərbaycanın futzal klubunun rəqibləri müəyyənləşdi

İdman Materials 3 İyul 2013 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun püşkatma mərasimi keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, püşkatma nəticəsində turnirdəki təmsilçimiz "Araz"ın mübarizəyə qoşulacağı əsas seçmə mərhələdəki rəqibləri müəyyənləşib.

"Araz" VI qrupda "Targu Mures" (Rumıniya), "Şatelino" (Belçika) və ilkin seçmə mərhələnin "H" qrupunun qalibi ilə qarşılaşacaq. "H" qrupunda "Atina 90" (Yunanıstan), "Anji" (Estoniya) və "Vikingur" (İslandiya) komandaları mübarizə aparacaq.

"Araz"ın çıxış edəcəyi qrupun oyunları Rumıniyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti