...

AFFA klubları cərimələdi

İdman Materials 13 Avqust 2013 12:57 (UTC +04:00)
Premyer Liqanın II turunun “Rəvan” – “Neftçi” matçının 78-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Miloş Adamoviç əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
AFFA klubları cərimələdi

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatıa görə, iclasda Premyer Liqanın ikinci turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.

Premyer Liqanın II turunun "Rəvan" - "Neftçi" matçının 78-ci dəqiqəsində "Rəvan" klubunun futbolçusu Miloş Adamoviç əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın II turunun AZAL - "Bakı" matçının 45+1-ci dəqiqəsində "Bakı" klubunun futbolçusu Devidas Çesnauskis idmançiya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın II turunun "Qarabağ" - "Sumqayıt" matçının 32-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitə yandırıldığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 82-ci dəqiqəsində "Sumqayıt" klubunun futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti