...

Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib (FOTO)

İdman Materials 10 Sentyabr 2013 15:04 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin 125-ci Sessiyasına səfəri çərçivəsində Avropa Olimpiya Komitəsinin (AOK) rəhbərliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə edib.
Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin 125-ci Sessiyasına səfəri çərçivəsində Avropa Olimpiya Komitəsinin (AOK) rəhbərliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə AOK-un prezidenti Patrik Hikki də iştirak edib.

Bundan əlavə Azad Rəhimov London Olimpiya Oyunlarının baş icraçı direktoru lord Sebastyan Coe ilə görüşüb. Görüş zamanı Birinci Avropa Oyunlarına hazırlıq işlərində London olimpiadasının uğurlu təcrübəsindən yararlanmaq və bu sahədə görülən işlər əsas müzakirə mövzusu olub.

A.Rəhimovun Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) prezidenti Canni Merlo ilə görüşü zamanı isə gələn il aprelin sonunda Bakıda təşkil ediləcək AIPS-in 77-ci konqresinə hazırlıq işləri müzakirə edilib. Qeyd edək ki, AIPS-in 90 illik yubileyi də gələn il qeyd ediləcək.

A.Rəhimov bu gün bir çox dünya və Avropa federasiyalarının rəhbərləri ilə də görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti