...

"Qarabağ"dan gözlənilməz nəticə

İdman Materials 13 Sentyabr 2013 19:56 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində daha bir oyun keçirilib.
"Qarabağ"dan gözlənilməz nəticə

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində daha bir oyun keçirilib.

Trend-in məlumatına görə, Bakının "Rəvan" klubu Ağdamın "Qarabağ" komandasını qəbul edib.

Matçda ilk qol ev sahiblərindən gəlib: 20-ci dəqiqədə Sebastian Kastro fərqlənib. "Qarabağ"ın cavab qolu isə xeyli gecikib - 88-ci dəqiqədə Corc Lorey hesaba tarazlıq gətirib - 1:1.

Oyun elə bu hesabla da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti