...

"Neftçi"nin baş məşqçisi və məşqçilər korpusu rəsmən təyin olundu

İdman Materials 11 Yanvar 2014 12:45 (UTC +04:00)
Bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş klubdaxili toplantıda son müzakirələrdən sonra məşqçilər korpusunun tərkibinin formalaşdırılması barədə qərar qəbul edilib.
"Neftçi"nin baş məşqçisi və məşqçilər korpusu rəsmən təyin olundu

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş klubdaxili toplantıda son müzakirələrdən sonra məşqçilər korpusunun tərkibinin formalaşdırılması barədə qərar qəbul edilib.

"Neftçi" PFK-nın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, qərara görə, baş məşqçi Böyükağa Hacıyev, baş məqşçinin köməkçisi, fiziki hazırlıq üzrə məşqçi - Ruben Selyes Salvador (İspaniya), baş məşqçinin köməkçisi - Samir Əliyev, qapıçılar üzrə məşqçi - Neboyşa Manoyloviç (Serbiya), seleksiyaçı məşqçi - Bəxtiyar Musayev, əvəzedici komandanın baş məşqçisinin köməkçisi - Kamal Quliyev təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti