Azərbaycan, Bakı, 31 yanvar /Trend/
"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib.
Trend klubun saytına istinadən məlumat verir ki, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev karyerasını "Qəbələ"də davam etdirəcək. Qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.
1986-cı ildə anadan olan K.Ağayev futbolçu karyerasına 2003-cü ildə paytaxt təmsilçisi "Şəfa"da başlayıb. Kamran daha sonra "Turan" (2004-2006), "Xəzər Lənkəran" (2006-2013) və "Bakı"nın (2013) şərəfini qoruyub.