Azərbaycan, Bakı, 31 mart /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.
Trend-in məlumatına görə, ötən gün qarlı hava şəraiti səbəbindən təxirə salınan "İnter" - "Rəvan" matçı bu gün keçirilib.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb - 3:0.
"İnter"in heyətində B.Sxadadze, A.İaşvili və M.Alvaro fərqləniblər.