...

"Neftçi" qələbə qazana bilmədi

İdman Materials 16 Aprel 2014 20:53 (UTC +04:00)
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Neftçi" qələbə qazana bilmədi

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, günün ikinci oyunu Bakıda baş tutub. "Neftçi" öz meydanında "Rəvan"ı qəbul edib. 52-ci dəqiqədə "Neftçi"nin oyunçusu Araz Abdullayev hesabı açıb. Gərgin keçən matçın son dəqiqələrində "Rəvan" hesabı bərabərləşdirib - 1:1.

Digər oyunda isə "Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti