...

Azad Rəhimov: "Zülfiyyə Hüseynovaya təqaüd verilməsinin qəti əleyhinəyəm"

İdman Materials 23 Aprel 2014 13:12 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov veteran samboçu və cüdoçu Zülfiyyə Hüseynovanın ittihamlarına cavab verib.
Azad Rəhimov: "Zülfiyyə Hüseynovaya təqaüd verilməsinin qəti əleyhinəyəm"

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov veteran samboçu və cüdoçu Zülfiyyə Hüseynovanın ittihamlarına cavab verib.

Trend-in məlumatına görə, Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Z.Hüseynovaya təqaüd verilməsinin qəti əleyhinədir və bunu onun özünə də dəfələrlə bildirib: "Nəyə görə Dövlət Gömrük Komitəsində işləyən gənc qıza təqaüd verilməlidir? Ölkə başçımız təqaüdü idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verir. Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə görüşmüşük, izah etmişik. Meyarlar var, Zülfiyyə xanım istəsə, yenə bizə müraciət edə bilər".

Qeyd edək ki, sambo üzrə 5 dəfə, cüdo üzrə isə 4 dəfə dünya çempionu olan Zülfiyyə Hüseynova idman ustası olmasına baxmayaraq, Prezident təqaüdü almadığını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti