...

Azərbaycan gimnastı yenidən Avropa çempionatında liderlik edir

İdman Materials 14 İyun 2014 16:34 (UTC +04:00)
Azərbaycan gimnastı Jalə Piriyeva hal-hazırda Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniyorlar üzrə A qrupunun təsnifat turnirində liderlik edir.
Azərbaycan gimnastı yenidən Avropa çempionatında liderlik edir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Bədəlov/

Azərbaycan gimnastı Jalə Piriyeva hal-hazırda Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniyorlar üzrə A qrupunun təsnifat turnirində liderlik edir.

Trend-in məlumatına görə, yarışların ikinci günü yuniyorların A,B, və C qruplarında fərdi təsnifat turnirində idmançılar gürzlər və lentlərlə iki tapşırığı yerinə yetirirlər. Yarışların birinci günü, yəni iyunun 13-də idmançılar top və halqalarla çıxış ediblər.

Ümumilikdə J. Piriyeva bütün 4 çıxışın yekunları üzrə 63.565 bal toplayıb. O, halqa ilə 16.100 bal, topla - 15.366 bal, gürzlərlə - 15.983 bal, lentlə kompozisiyaya görə isə 16.116 bal toplayıb.

Azərbaycanın digər gimnastı Züleyxa İsmayılova isə hazırda 61.073 balla ikinci yerdədir. Z. İsmayılova halqa ilə 15.083 bal, topla - 15.266 bal, gürzlərlə - 15.191 bal, lentlə kompozisiyaya görə isə 15.533 bal toplayıb.

İsrail gimnastı Linoy Aşram 61.065 balla üçüncü pillədə qərarlaşıb.

Hazırda komanda hesabında birinci yeri 96.815 balı olan Rusiya tutur. Belarus 94.715 balla ikincidir. Hesabında 94.364 bal olan Azərbaycan isə üçüncü yerdədir.

İyunun 13-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatıbaşlayıb.

Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Dünən seniorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirdikləri qrup komandalarının yarışında azərbaycanlı gimnastlar altıncı yeri turublar. Yekunda Azərbaycan yığması 34.050 bal toplayıb. Qızıl medala Rusiya komandası yiyələnib. Hakimlər onların çıxışlarını 36.566 balla qiymətləndiriblər. İkinci yerdə 34.749 balla İtaliya, üçüncü yerdə isə 34.383 balla İsrail komandaları qərarlaşıb.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti