...

Yuliya Ratkeviç 2-ci, Mariya Stadnik isə 3-cü oldu

İdman Materials 10 Sentyabr 2014 19:33 (UTC +04:00)
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.
Yuliya Ratkeviç 2-ci, Mariya Stadnik isə 3-cü oldu

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər yarışıblar.

Olimpiadanın gümüş və bürünc mükafatçısı, dünya və dördqat Avropa çempionu Mariya Stadnik 48 kq çəki dərəcəsində mübarizəyə 1/16 finaldan başlayıb. Böyük Britaniyadan Yana Rattiqan, Çin təmsilçisi Çun Lei və Argentina idmançısı Patrisia Bermudezi tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Polşa güləşçisi İvonna Matkovska ilə gərgin keçən qarşılaşmada uduzan Mariya bürünc medal uğrunda görüşdə rumıniyalı Emilia Vuç üzərində 41 saniyə ərzində tam üstünlüklə qələbə qazanıb və dünya çempionatını 3-cü pillədə tamamlayıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Olimpiadanın bürünc mükafatçısı, dünya və Avropa çempionu Yuliya Ratkeviç isə finala qədər maneəsiz irəliləyib. O, ardıcıl olaraq İsveç güləşçisi Malin Yohanna Mattssonu, Kanada təmsilçisi Kristina Fazzarini, yarımfinalda isə Bolqarıstan idmançısı Taybe Yusseini mübarizədən kənarlaşdırıb. Final görüşündə Yuliya Monqolustan güləşçisi Tserençimend Suxe ilə qarşılaşıb. Təmsilçimiz son görüşdə 12:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıblar. Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurublar. Komanda hesabında yığmamız 4-cü pillədə qərarlaşıb.

48 kq
1/16 final - Yana Rattiqan (Böyük Britaniya) - Mariya Stadnik 0:11
1/8 final - Mariya Stadnik - Çun Lei (Çin) 7:0
1/4 final - Mariya Stadnik - Patrisia Bermudez (Argentina) 10:0
1/2 final - Mariya Stadnik - İvonna Matkovska (Polşa) 3:5
Bürünc medal görüşü - Emilia Vuç (Rumıniya) - Mariya Stadnik 0:11

60 kq
1/8 final - Malin Yohanna Mattsson (İsveç) - Yuliya Ratkeviç 3:4
1/4 final - Kristina Fazzari (Kanada) - Yuliya Ratkeviç 4:8
1/2 final - Yuliya Ratkeviç - Taybe Yussein (Bolqarıstan) 11:8
FİNAL - Tserençimend Suxe (Monqolustan) - Yuliya Ratkeviç 12:3

69 kq
1/16 final - Nadya Sementsova (Azərbaycan) - Svetlana Saenko (Moldova) 4:1
1/8 final - Erszebet Yets (Kanada) - Nadya Sementsova 12:9

Məqalədə:
Xəbər lenti

Xəbər lenti