...

Rövnəq Abdullayev: Azərbaycan millisinin yeni baş məşqçisi əcnəbi olacaq

İdman Materials 7 Noyabr 2014 12:35 (UTC +04:00)
Belə bir məsəl var, atları yarı yolda dəyişməzlər. Berti Foqts bizi pis vəziyyətdə qoydu. Yarı yolda qoyub getdi.
Rövnəq Abdullayev: Azərbaycan millisinin yeni baş məşqçisi əcnəbi olacaq

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanın futbol üzrə millisinin yeni baş məşqçisi əcnəbi olacaq. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, orta səviyyəli məşqçi ilə bir illik müqavilə bağlanacaq, bu yoxlanışdan sonra qərar veriləcək: "Belə bir məsəl var, atları yarı yolda dəyişməzlər. Berti Foqts bizi pis vəziyyətdə qoydu. Yarı yolda qoyub getdi. İndi yeni baş məşqçi ilə bağlı fikirləşirik".

"Qarabağ"- "Dnepr" oyununu şərh edərkən isə R.Abdullayev deyib ki, "Qarabağ" yaxşı oynadı, sadəcə bəxti gətirmədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti