...

Şəmkirdə veloyürüş keçirilib

İdman Materials 17 Noyabr 2014 20:28 (UTC +04:00)
Şəmkirdə Bakı Oksford məktəbinin yerli filialı və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə velotur keçirilib.
Şəmkirdə veloyürüş keçirilib

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Şəmkirdə Bakı Oksford məktəbinin yerli filialı və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə velotur keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarış 12 noyabr - Konstitusiya Günü və Oksford məktəbinin Şəmkir filialının yaradılmasının 5 illik yubileyinə həsr olunub.

Yarış başlamazdan öncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, həmçinin Oksford məktəbinin müəllim və şagird heyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra velotura start verilib.

Kütləvi xarakter daşıyan yarışda Oksford məktəbinin şagirdləri mübarizə aparıblar. Nəticələrə gəlincə, Ayxan İslamzadə, Ülvi İsmayılov və Gülçin Yusifova öz qruplarında bütün rəqiblərindən güclü olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti