...

Mariya Stadnik Dünya Güləş Birliyinin reytinqində ikinci pilləyə yüksəldi (FOTO)

İdman Materials 4 Mart 2015 12:49 (UTC +04:00)
Dünya Güləş Birliyinin reytinqində Mariya Stadnik ikinci, Yuliya Ratkeviç dördüncü sıradadır.
Mariya Stadnik Dünya Güləş Birliyinin reytinqində ikinci pilləyə yüksəldi (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/

Dünya Güləş Birliyinin reytinqində Mariya Stadnik ikinci, Yuliya Ratkeviç dördüncü sıradadır.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.

Qadın güləşçilərin reytinq sıralamasında 5 güləşçimizin adı var. Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, Dünya və dördqat Avropa çempionu Mariya Stadnik 2-ci pilləyə yüksəlib. Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dünya və Avropa çempionu Yuliya Ratkeviç isə 2 pillə gediləyərək 4-cü sırada qərarlaşıb.

48 kq

2. Mariya Stadnik - DÇ 3-cü yer (4)

58 kq

11. İrina Netreba - Paris Qran Pri turniri 3-cü yer (12)

60 kq

4. Yuliya Ratkeviç - DÇ 2-ci yer (2)

12. Nataliya Sinişin - Paris Qran Pri turniri 2-ci yer (11)

69 kq

17. Nadya Muşka Sementsova - Klippan turniri 5-ci yer (19)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti