...

SOCAR: Sadıq Sadıqovun "Neftçi"nin prezidenti vəzifəsindən istefasından söhbət gedə bilməz (YENİLƏNİB)

İdman Materials 30 Mart 2015 17:34 (UTC +04:00)
Sadıq Sadıqovun “Neftçi” idman klubunun prezidenti vəzifəsindən istefasından söhbət gedə bilməz.
SOCAR: Sadıq Sadıqovun "Neftçi"nin prezidenti vəzifəsindən istefasından söhbət gedə bilməz (YENİLƏNİB)

Trend-i buradan izləyin

Məlumat yenilənib (ilk xəbər saat 14:51-də yayılıb)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Sadıq Sadıqovun "Neftçi" idman klubunun prezidenti vəzifəsindən istefasından söhbət gedə bilməz. Bunu Trend-ə "Neftçi"nin baş sponsoru olan SOCAR-ın mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, S.Sadıqov "Neftçi" idman klubunun rəhbəri, eyni zamanda, "Neftçi" peşəkar futbol klubunun prezidentidir. "Neftçi" PFK-nın "Neftçi" idman klubunun tərkibinə verilməsi ilə əlaqədar bir sıra struktur və nizamnamə dəyişiklikləri gözlənilir və bu barədə daha sonra məlumat veriləcək.

Daha əvvəl S.Sadıqovun "Neftçi"nin prezidenti vəzifəsindən istefası və yazıçı Çingiz Abdullayevin bu vəzifəyə təyin edilməsi barədə məlumat yayılmışdı.

Artıq "Neftçi" futbol klubu da məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: "Bu gün mətbuatda Sadıq Sadıqovun istefası haqqında xəbərlər yer alıb. Nəzərinizə çatdırırıq ki, heç bir istefadan söhbət gedə bilməz. Sadıq Sadıqov "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda, "Neftçi" PFK-nın prezidentidir. "Neftçi" PFK bir müddət əvvəl "Neftçi" İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu barədə ictimaiyyətə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti