...

Ən yüksək maaş alan futbolçu

İdman Materials 7 May 2015 15:37 (UTC +04:00)
Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo ardıcıl ikinci il ən yüksək maaş alan futbolçu seçilib.
Ən yüksək maaş alan futbolçu

Azərbaycan, Bakı, 7 may /Trend/

Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo ardıcıl ikinci il ən yüksək maaş alan futbolçu seçilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, portuqaliyalı "Forbes" jurnalının versiyasına əsasən digər futbolçuları qabaqlayıb.

Nəşrin məlumatına əsasən, 30 yaşlı idmançı ötən il 79 milyon dollar qazanıb ki, bu da 2013-cü ildəkindən 6 milyon çoxdur.

Siyahıda ikinci yeri 70,5 milyon dollarla "Barselona"nın forvardı Lionel Messi tutub. İlk üçlüyü isə 41,8 milyon dollarla PSJ-nin hücumçusu Zlatan İbrahimoviç tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti