Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
Bu gün Azərbaycan Premyer Liqasının VII turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə AZAL "Rəvan"ı qəbul edib.
Oyunda azarkeşlər bir dəfə seviniblər. 7-ci dəqiqədə AZAL-ın futbolçusu Nuqzar Kvirtiyanın vurduğu qol yeganə olub - 1:0. Bu, cari mövsümdə "təyyarəçilər"in ilk qələbəsidir.
Qeyd edək ki, VII tura şənbə və bazar günləri keçiriləcək 4 oyunla yekun vurulacaq.