...

İlin son yarışı (FOTO)

İdman Materials 3 Noyabr 2015 18:08 (UTC +04:00)
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2015-ci il üçün təqvim-planına uyğun olaraq, Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün bağlanış yarışı keçirilib.
İlin son yarışı (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2015-ci il üçün təqvim-planına uyğun olaraq, Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün bağlanış yarışı keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, 3 yaş qrupu üzrə təşkil edilən yarışda AzVİF-in nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 60-dan artıq idmançısı iştirak edib.

15 yaşadək idmançılar arasında ən yaxşı nəticə göstərən 8 saylı İdman Olimpiya Məktəbinin üzvü David Proherkus 1-ci yeri tutub.

İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin velosipedçisi Bakir Dadaşov 17 yaşadək velosipedçilərin mübarizəsində hamını qabaqlayıb.

Gənclər, U-23 və Elit kateqoriyasında isə "Lokomotiv" klubunun nümayəndəsi Kərim Şirəliyev mövsümün son yarışını qələbə ilə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti