...

"Kəpəz" autsayderlə bacarmadı, "İnter" məğlub oldu (ƏLAVƏ OLUNUB)

İdman Materials 11 Dekabr 2015 18:40 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
"Kəpəz" autsayderlə bacarmadı, "İnter" məğlub oldu (ƏLAVƏ OLUNUB)

"İnter" - "Sumqayıt" oyununun nəticəsi əlavə olunub (ilk xəbər saat 16:03-də yayılıb)

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Trend-in məlumatına görə, ilk oyunda "Kəpəz" "Rəvan"ı qəbul edib.

Futbolçuların cəhdlərinə baxmayaraq, qapılar toxunulmaz qalıb - 0:0.

"İnter" "Sumqayıt"ı sınağa çəkib. Gözlənilənlərin əksinə olaraq, "bankirlər" qonaqlara məğlub olublar - 2:3. Qollar: Amil Yunanov, 2 (0:1), Slavik Alxasov, 32 (0:2), Amil Yunanov, 39 (0:3), Yuri Fomenko, 44 (1:3), Elnur Abdullayev, 52 (2:3)

Beləliklə, "Kəpəz" 22 xalla 5-ci, "Rəvan" 11 xalla sonuncu, "Sumqayıt" isə 16 xalla 7-cidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti