Bakı. Trend:
Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov Patrik Hikki ilə görüşüb. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasına qatılmaq məqsədi ilə Azərbaycanın Gənclər və idman naziri A.Rəhimov Isveçrənin Lozanna şəhərində səfərdədir.
Səfəri çərçivəsində nazir A.Rəhimov Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro, AOK idarə heyətinin üzvü Christophe de Keeper ilə görüşlər keçirib.
Görüşlər çərçivəsində Bakı 2015 Avropa Oyunlarında yüksək səviyyədə görülmüş işlərdən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə bölüşməsinin önəmi diqqətə çatdırılıb.
Eyni zamanda, görüş çərçivəsində 2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası, Formula 1 Qrand Prix turniri, 2017-ci ildə gerçəkləşəcək İslam Həmrəyliyi Oyunları haqqında söz açılıb və oyunlara hazırlıq prosesi barədə məlumat verilib.