...

"Rəvan"ın 6, "Bakı"nın 3 xalı silindi

İdman Materials 26 Yanvar 2016 15:45 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Rəvan"ın 6, "Bakı"nın 3 xalı silindi

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend qurumun saytına istinadən məlumat verir ki, FIFA 21.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin "Rəvan" klubu haqqında qərar qəbul etdiyini bildirib. Məktubda "Rəvan" klubu ilə həmin klubda çıxış etmiş futbolçu Artur Kotenko arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib: Premyer Liqada çıxış edən "Rəvan" FK-nın cari mövsüm aktivindən 6 xal silinsin.

FIFA 21.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin "Bakı" klubu haqqında da qərar qəbul etdiyini bildirib. Məktubda "Bakı" klubu ilə həmin klubda çıxış etmiş futbolçu Dejan Brankoviç arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 3 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib: Azərbaycan birinci divizionunda çıxış edən "Bakı" FK-nın cari mövsüm aktivindən 3 xal silinsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti