...

Gənc sərbəst güləşçilər Mazandaranda qüvvələrini sınayacaq

İdman Materials 2 Fevral 2016 13:57 (UTC +04:00)
3-6 fevral tarixində İranın Mazandaran şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.
Gənc sərbəst güləşçilər Mazandaranda qüvvələrini sınayacaq

Bakı. Trend:

3-6 fevral tarixində İranın Mazandaran şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə gənclərdən ibarət yığma komandanın üzvləri iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 9 üzvü qonşu respublikaya yollanıb. Heyətdə Əliabbas Rzazadə, Röyal Ağamalıyev (hər ikisi 50 kq), Rakif Eminov (55 kq), Tofiq Sadıqlı (60 kq), Pənah İlyaslı (66 kq), Sənan Əlizadə (74 kq), Murad Xalıqov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Rüstəm Haçberov (120 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti