...

"Neftçi"dən bəyanat: İşdən kənarlaşdırma Müşahidə Şurası sədrinin səlahiyyətlərinə daxil deyil

İdman Materials 4 Fevral 2016 16:50 (UTC +04:00)
"Neftçi" PFK klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin şəxsi "Feysbuk" səhifəsində etdiyi paylaşımla əlaqədar bəyanat yayıb.
"Neftçi"dən bəyanat: İşdən kənarlaşdırma Müşahidə Şurası sədrinin səlahiyyətlərinə daxil deyil

Bakı. Trend:

"Neftçi" PFK klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin şəxsi "Feysbuk" səhifəsində etdiyi paylaşımla əlaqədar bəyanat yayıb.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, mövcud vəziyyətə aydınlıq gətirmək və ictimaiyyəti məlumatlandırmaq üçün "Neftçi" PFK bəyan edir ki, Ç.Abdullayev bir sıra ictimai təşkilatlara rəhbərlik etməklə yanaşı, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədridir. Ç.Abdullayevin "Feysbuk"dakı paylaşımında yer alan "4 uşaq atasının ixtisara salınması haqqında sənədə qol çəkə bilməzdim" fikrinin "Neftçi" PFK-ya heç bir aidiyyəti yoxdur. Bu məsələdə klubun adının hallandırılması düzgün deyil.

Qeyd olunur ki, "Neftçi" PFK-ya işçilərin işə qəbul edilməsi və yaxud onların işdən kənarlaşdırılması klubun Müşahidə Şurası sədrinin və üzvlərinin səlahiyyətlərinə daxil deyil. Müşahidə Şurası klubun işçi ştatını, struktur cədvəlini təsdiq edir.

Bildirilir ki, klubun yeməkxanasındakı 5 əməkdaşın işdən kənarlaşdırılması haqqında deyilənlər isə tam əsassızdır. Yeməkxanada çalışan 5 yox 2 əməkdaş (aşpaz və mətbəx üzrə cavabdeh şəxs) 30.04.2015-ci il tarixində məhz öz xahişləri ilə işdən çıxıblar.

Klub bəyan edir ki, "Neftçi" PFK komanda üzvlərinin və işçilərin qida təminatını həyata keçirmək, eyni zamanda maliyyə xərclərinin optimallaşdırılması məqsədilə qida təminatçısı olan podratçı şirkətlə müqavilə imzalayıb. Nəticədə qida üçün ayrılan maliyyə vəsaitinə qənaət edilməsi ilə yanaşı, klubun bazasında bütün əməkdaşların yeməklə təminatı mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti