Bakı. Trend:
Bu gün Premyer Liqada XX turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə "Neftçi" autsayder "Rəvan"ı qəbul edib.
Gözlənilənlərin əksinə olaraq, oyuna qonaqlar aktiv başlayıblar - 48-ci dəqiqədə Ceyhun Abdullayev hesabı açıb.
"Neftçi"nin cavab qolu isə xeyli ləngiyib - 83-cü dəqiqədə Rodriges Filyo Jairo fərqlənib. Bu, matçda son qol olub - 1:1.
Beləliklə, "Neftçi" turnir cədvəlində 20 oyundan sonra 28 xalla 6-cı, "Rəvan" isə 8 xalla sonuncudur.
Trend PFL-in saytına istinadən oyundan geniş icmalı təqdim edir: