...

"Neftçi" və "Rəvan" cərimələndi

İdman Materials 16 Fevral 2016 15:12 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Neftçi" və "Rəvan" cərimələndi

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın XXI turunun iki matçı ilə bağlı qərarlar qəbul olunub.

Fevralın 13-də Premyer Liqanın XXI turunun "Neftçi" - "Xəzər Lənkəran" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Fevralın 15-də Premyer Liqanın XXI turunun "Zirə" - "Rəvan" matçının 85-ci dəqiqəsində "Rəvan" klubunun 4 №-li futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Xəbər lenti

Xəbər lenti