Bakı. Trend:
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışlarında iştirak edən azərbaycanlı üzgüçülər Dmitri və Roman Saley finala yüksəliblər.
Trend-in məlumatına görə, D.Saley məsafəni 58,83 saniyəyə qət edərək qrupda ikinci, R.Saley isə 58.40 saniyəlik nəticə ilə üçüncü olub.