...

Rio-2016: Üzgüçümüz gümüş medal qazandı

İdman Materials 18 Sentyabr 2016 02:03 (UTC +04:00)
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 50 metr məsafəyə sərbəst üsulu ilə üzmə yarışlarında iştirak edən azərbaycanlı üzgüçü Dmitri Saley gümüş medal qazanıb
Rio-2016: Üzgüçümüz gümüş medal qazandı

Bakı. Trend:

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 50 metr məsafəyə sərbəst üsulu ilə üzmə yarışlarında iştirak edən azərbaycanlı üzgüçü Dmitri Saley gümüş medal qazanıb.

Trend-in məlumatına görə, D.Saley məsafəni 24,29 saniyəyə qət edərək ikinci olub.

Sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edəcək. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 41-dir. Bu göstərici “London-2012” ilə müqayisədə çoxdur.

Qeyd edək ki, son 4 il ərzində paralimpiyaçılarımız 64 qızıl, 57 gümüş, 40 bürünc olmaqla 161 medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti