...

Səmti müəyyənetmə üzrə Açıq Ölkə Çempionatı keçirilib (FOTO)

İdman Materials 19 Oktyabr 2016 11:55 (UTC +04:00)
Şabran rayonunun Qalaaltı meşə zolağında səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatı keçirilib.
Səmti müəyyənetmə üzrə Açıq Ölkə Çempionatı keçirilib   (FOTO)

Bakı. Trend:

Şabran rayonunun Qalaaltı meşə zolağında səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 260-dan çox idmançı orta məsafə üzrə mübarizəyə qoşulub.

Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, havanın yağışlı olmasına baxmayaraq yarışa qatılmış idmançılar əsl əzmkarlıq nümayiş etdiriblər. Gərgin keçən mübarizədə K21 kateqoriyasında Müslüm İmranlı (“İrbis”) 6,0 km məsafədə yerləşdirilmiş 11 nəzarət məntəqəsində qeyd olunaraq finiş xəttinə birinci çatıb.

Qalibdən bir neçə Aleksandr Mişenko (Ukrayna) gümüş, “İrbis” klubunun idmançısı Maksim Boxoldin isə bürünc medal qazanıb. Qadınlar arasında Q21 kateqoriyasında (4,8 km – 10 NM) Fövqəladə Hallar Nazirliyinin idmançısı Sevda Verdiyeva qızıl medala sahib olmuşdur. Yekaterina Yakovleva (Neftçi İB) finiş xəttinə ikinci, Yana Maşkova (Dağçılıq İdman Klubu) isə üçüncü çatıb. Komanda hesabında isə Dağçılıq İdman Klubunun birinci komandası fəxri kürsünün ən yüksək zirvəsinə yüksəlib. Neftçi İB-2 komandası 2-ci, Dağçılıq İdman Klubunun ikinci komandası isə 3-cü olub.

Ölkə Çempionatında “Open” və “Junior” kateqoriyaları üzrə də qaliblər müəyyən edilib. Sonda qalib və mükafatçılara medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti