...

Akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatının ikinci günü start götürüb (FOTO)

İdman Materials 8 Noyabr 2016 15:33 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatı, eləcə də batut gimnastikası və tamblinq üzrə 14-cü Azərbaycan birinciliyi və Bakı çempionatının 2-ci günü start götürüb
Akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatının ikinci günü start götürüb (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatı, eləcə də batut gimnastikası və tamblinq üzrə 14-cü Azərbaycan birinciliyi və Bakı çempionatının 2-ci günü start götürüb.

Yarışların ikinci günündə batut və tamblinqçilərin çıxışları ilə davam edəcək. Kiçiklər (2008-2010-cu il təvəllüdlü), uşaqlar (2006-2007-ci il təvəllüdlü), balacalar (2003-2005-ci il təvəllüdlü), böyüklər (1999-cu il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında 30-dan çox batutçu və balacalar (2007-ci il təvəllüdlü və daha kiçik), yeniyetmələr (2003-2006-cı il təvəllüdlü), gənclər (2000-2002-ci il təvəllüdlü) və böyüklər (1999-cu il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında isə 20-dən yuxarı tamblinqçi öz çıxışları ilə Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” klubunu təmsil edir.

Yarışlar Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayımlanır. Turnir barədə daha ətraflı məlumatı Federasiyanın saytından almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti