...

Nazir: Azərbaycan "Bakı-2017"nin yüksək səviyyədə keçirilməsi üçün bütün işləri görür

İdman Materials 6 Aprel 2017 12:30 (UTC +04:00)
Azərbaycanda keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məsələlər vaxtında həll olunur.
Nazir: Azərbaycan "Bakı-2017"nin yüksək səviyyədə keçirilməsi üçün bütün işləri görür

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məsələlər vaxtında həll olunur, bu gün heç bir problem yoxdur.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri, “Bakı - 2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, İslam Həmrəyliyi İdman Federasiyasının Bakıda keçirilən 25-ci İcraedici kollegiya iclasında mühüm məsələlər müzakirə olundu.

A.Rəhimov qeyd edib ki, Azərbaycan bu Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işləri görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti