...

"Bakı Kristal Zalı"nda İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri tamamlanmaq üzrədir (FOTO)

İdman Materials 24 Aprel 2017 16:27 (UTC +04:00)
“Bakı Kristal Zalı”nda hazırlıq işləri tamamlanmaq üzrədir.
"Bakı Kristal Zalı"nda İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri tamamlanmaq üzrədir (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında bir sıra yarışların baş tutacağı “Bakı Kristal Zalı”nda hazırlıq işləri tamamlanmaq üzrədir.

Trend-in məlumatına görə, “Bakı Kristal Zalı”nda hazırlıq işləri ilə yaxından tanış olmaq üçün bu gün media nümayəndələrinin turu təşkil olunub.

Qeyd olunub ki, “Bakı Kristal Zalı” iki yerə ayrılır - “Kristal Zal 1” və “Kristal Zal 2”. Birinci zal voleybol, ikinci zal isə boks və zorxana yarışlarını qəbul edəcək. İkinci zalda mayın 12-dən 18-dək boks, mayın 20-21-də isə zorxana yarışları keçiriləcək. Bu zalın ümumi tamaşaçı tutumu 1600 nəfərdir.

Voleybol yarışları isə mayın 18-21-də birinci zalda keçiriləcək. Zalın ümumi tamaşaçı tutumu 2200 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti