Bakı. Trend:
Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə sayılı günlər qaldı.
Trend-in məlumatına görə, açılış günü mayın 12-də baş tutacaq IV İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Bakıda 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.
Azərbaycan digər beynəlxalq idman tədbirləri kimi, IV İslam Həmrəyliyi Oyunlarını da uğurla təşkil edəcək.