...

Nazir: İslam Həmrəyliyi Oyunlarında təhlükəsizlik ən yüksək səviyyədə təmin olunacaq

İdman Materials 1 May 2017 15:35 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunları 20 idman növü üzrə 17 idman arenasında keçiriləcək.
Nazir: İslam Həmrəyliyi Oyunlarında təhlükəsizlik ən yüksək səviyyədə təmin olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

IV İslam Həmrəyliyi Oyunları 20 idman növü üzrə 17 idman arenasında keçiriləcək. Nəzərdə tutulan bütün idman obyektləri artıq yarışa hazırdır.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunları münasibətilə keçirilən "Gücümüz həmrəylikdədir" konfransında çıxış edərkən deyib.

Nazir qeyd edib ki, oyunlarda 57 ölkənin 3000-dək idmançısı 20 idman növündə mübarizə aparacaq: "57 ölkənin hamısı artıq oyunlarda iştirakını təsdiqləyib. Oyunlarda idmançılardan başqa, 1000-dən çox komanda rəsmisi, 1000-dən çox texniki nümayəndə iştirak edəcək".

A.Rəhimov qeyd edib ki, yarış zamanı qonaqlar yemək, nəqliyyat və təhlükəsizliklə təmin olunacaq.

Nazirin sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçiriləcək: "Biz dəfələrlə beynəlxalq tədbirlərə ev sahibliyi etmişik. Biz inanırıq ki, bu tədbirin də ən yüksək səviyyədə keçirilməsi etimadını doğruldacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti