...

Məsut Özildən "Fənərbağça" açıqlaması

İdman Materials 4 May 2017 12:23 (UTC +04:00)
"Ailəm, dostlarım "Fənərbağça"da oynamağımı istəyirlər".
Məsut Özildən "Fənərbağça" açıqlaması

Bakı. Trend:

İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özil "Fənərbağça"ya keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, Türkiyə əsilli idmançı hər hansı digər kluba transferi barədə düşünmədiyini bildirib:

"Ailəm, dostlarım "Fənərbağça"da oynamağımı istəyirlər. Lakin hazırda "Arsenal"la müqaviləm davam edir. Türkiyə və ya digər ölkənin klubuna transfer olunmağı düşünmürəm. Gələcəkdə nə baş verəcəyini isə indidən bilmək olmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti