Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boks yarışı davam edir.
Trend-in məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Kamran Şahsuvarlı 1/8 final mərhələsində Qayana idmançısı Desmond Amsterdamla qarşılaşıb.
Boksçumuz 5:0 hesabı ilə inamlı qələbə qazanaraq 1/4 final mərhələsinə vəsiqə əldə edib.
K.Şahsuvarlı 1/4 finalda Türkiyə boksçusu İhsan Ərdoğanla qarşılaşacaq. Görüş mayın 16-da baş tutacaq.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.