...

Bakı-2017: Daha bir boksçumuz 1/4 finala yüksəlib

İdman Materials 13 May 2017 20:15 (UTC +04:00)
Azərbaycan boksçusu Rauf Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
Bakı-2017: Daha bir boksçumuz 1/4 finala yüksəlib

Bakı. Trend:

Azərbaycan boksçusu Rauf Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Trend-in məlumarına görə, ölkəmizi 81 kq çəki dərəcəsində təmsil edən idmançı 1/8 final mərhələsindəki döyüşünü qalib kimi bitirib.

O, Hafidz Adli Mohdunu (Malayziya) 5:0 hesabı ilə məğlub edib.

Rəhimovun 1/4 final görüşü mayın 16-na təsadüf edəcək. Təmsilçimiz Əli Xanla (Pakistan) üz-üzə gələcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti