...

Kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazandı

İdman Materials 15 May 2017 11:42 (UTC +04:00)
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazanıb.
Kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazandı

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazanıb.

Trend-in məlumatına görə, birinci görüşdə Qırğızıstan yığmasını 5:0 hesabı ilə məğlub edən komandamız bu dəfə Türkiyə ilə qarşılaşıb.

Azərbaycan yığması görüşü 4:1 hesablı qələbə ilə başa vurub.

Növbəti rəqibimiz Özbəkistan komandasıdır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti