...

Məhəmmədrəsul Məcidov IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu

İdman Materials 18 May 2017 20:07 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boks yarışı başa çatıb.
Məhəmmədrəsul Məcidov IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boks yarışı başa çatıb.

Trend-in məlumatına görə, sonuncu final görüşündə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov suriyalı Manaf Asaadla qarşılaşıb.

Həlledici görüşdə təmsilçimiz daha üstün oyun nümayiş etdirərək qızıl medal qazanıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 57-ci qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti