Bakı. Trend:
“Zirə” daha bir futbolçunu heyətinə qatıb.
Trend klubun saytına istinadən məlumat verir ki, gənc futbolçu Yusif Nəbiyev “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi müqavilə ilə məxsus olduğu “Qəbələ”dən bir illik icarəyə götürülüb.
Qeyd edək ki, Y.Nəbiyev ötən mövsüm icarə əsasında “Sumqayıt”ın formasını geyib.