...

Həvəskar xanım velosipedçilərin yürüşü keçirilib (FOTO)

İdman Materials 26 İyul 2017 14:00 (UTC +04:00)

Bakı. Trend:

"Rapha" beynəlxalq həvəskar velosiped klubunun nümayəndəsi Castin Heyin təşəbbüsü və Azərbaycanın “Cyclemania Lady” qrupunun rəhbəri Günay İmanovanın təşkilatçılığı ilə "Women 100" adı altında veloyürüş keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

Azərbaycanda ilk dəfə baş tutan bu veloyürüş hər il "Rapha"nın dəstəyi ilə dünyanın müxtəlif ölkələrində təşkil olunur.

Yürüşdə “Cyclemania Lady” həvəskər velosipedçilər qrupunun 7 aktiv qadin üzvü - Günay İmanova, Leyla Mirzəzadə, Rəbiyyə Oruclu, Səyyarə Hüseynli, Qumral Seyidova, Fidan Rəhimova və Gülşən Qaraşova iştirak ediblər.

Veloyürüş zamanı xanım velosipedçilər Şamaxı-İsmayıllı-Göyçay-Ağsu marşrutu üzrə 100 km məsafə qət ediblər və qarşıya qoyulan vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti