...

Azərbaycanda ilk dəfə Dünya Robot Olimpiadasının seçim yarışı keçiriləcək

İdman Materials 20 Sentyabr 2017 11:41
Azərbaycanda ilk dəfə olaraq Dünya Robot Olimpiadasının seçim yarışı keçiriləcək.
Azərbaycanda ilk dəfə Dünya Robot Olimpiadasının seçim yarışı keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda ilk dəfə olaraq Dünya Robot Olimpiadasının seçim yarışı keçiriləcək.

Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

7-8 oktyabr tarixlərində Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası) ilə birlikdə Bakı Olimpiya İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə Azərbaycan seçim yarışı keçiriləcək.

8-19 yaşlı gənclər aşağıdakı kateqoriyalar üzrə mübarizə aparacaqlar:

Robot futbolu – hər biri iki robotdan ibarət olan komandalar bir-biri ilə futbol qaydalarına əsasən mübarizə aparacaq.
Açıq kateqoriya – iştirakçılar müxtəlif mövzulara həsr olunmuş ideyalarını və robotik layihələrini sərgiləyəcək
Əsas kateqoriya – İştirakçılar 3 yaş qrupu üzrə Dünya Robot Olimpiadasının qoyduğu məsələləri həll etməyə çalışacaq

Yarışda qalib gələn komandalar diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin cari ilin 10-12 noyabr tarixlərində Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək.

İlkin olaraq Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Zərifə Əliyeva adına lisey, Kaspi liseyi, Bakı Modern Məktəbi, İstək liseyi, “Step İT” akademiyası və “ABC College” liseyindən olan komandalar qeydiyyatdan keçiblər.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan 2016-cı ilin noyabrında Dünya Robot Olimpiadası Assosiasiyasına üzv olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti