Bakı. Trend:
Türkiyə 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək şəhərləri açıqlayıb.
Trend-in məlumatına görə, həmin şəhərlər İstanbul, Bursa, Antalya, Əskişəhər, Qaziantep, Kayseri, Trabzon, Kocaeli və Ankaradır.
Türkiyə Futbol Federasiyası namizədlik sənədini 2018-ci il aprelin 27-də UEFA-ya təqdim edəcək. Avro-2024-ə ev sahibliyi edəcək ölkənin adı gələn ilin sentyabrında açıqlanacaq.