...

“Ferrari” Formula 1-i tərk edə bilər

İdman Materials 3 Noyabr 2017 18:50 (UTC +04:00)
“Ferrari” komandasının rəhbərliyi reqlament dəyişiklikləri ilə əlaqədar Formula 1-i tərk edə biləcəyini bildirib
“Ferrari” Formula 1-i tərk edə bilər

Bakı. Trend:

“Ferrari” komandasının rəhbərliyi reqlament dəyişiklikləri ilə əlaqədar Formula 1-i tərk edə biləcəyini bildirib.

Trend-in məlumatına görə, bunu şirkətin prezidenti Sercio Markionne deyib.

Qeyd olunur ki, Formula 1 yarışının sahibi “Liberty Media” şirkəti 2021-ci ildən başlayaraq çempionatda iştirak edən komandaların saxlama xərclərinin azaldılmasını təklif edib.

Məlumata gröə, noyabrın 7-də komanda nümayəndələri ilə təşkilatçılar arasında danışıqlar başlayacaq.

“Mersedes” və “Reno” komandaları da təklif olunan qaydalardan narazılığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti