...

Azad Rəhimov Abu Dabidə Formula 1 finalında iştirak edib

İdman Materials 27 Noyabr 2017 10:06 (UTC +04:00)
Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə keçirilən Formula 1 yarışlarının finalında gənclər və idman naziri Azad Rəhimov təmsil edib.
Azad Rəhimov Abu Dabidə Formula 1 finalında iştirak edib

Bakı. Trend:

Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə keçirilən Formula 1 yarışlarının finalında gənclər və idman naziri Azad Rəhimov təmsil edib.

Bu barədə Trend-ə Azərbaycanın BƏƏ-dəki səfirliyindən məlumat verilib.

Tədbirdə iştirak etmək məqsədilə noyabrın 26-da BƏƏ-yə gələn naziri Dubay hava limanında BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Tani Əhməd əl Zeyudi qarşılayıb.

A.Rəhimov BƏƏ-nin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyanla görüşüb. Nazir Azərbaycan Pezidenti İlham Əliyevin salamlarını və dəvətə görə təşəkkürünü Şeyx Məhəmmədə çatdırıb. Şeyx Məhəmməd öz növbəsində tədbirdə iştiraka görə minnətdarlıq ifadə edərək, salamlarını Azərbaycan Prezidentinə yetirməyi xahiş edib.

A.Rəhimov həmçinin, BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla bin Zayed əl Nəhyan və tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək əl Nəhyan, Böyük Britaniya Krallığının şahzadəsi şahzadə Endrü, Çeçenistanın başçısı Ramzan Kadırov və Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovla da görüşüb.

Tədbirdə və görüşlərdə Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti