...

Tərtərdə yeni Olimpiya İdman Kompleksinin təməli qoyulub (FOTO)

İdman Materials 28 Fevral 2018 11:48 (UTC +04:00)
Bu gün Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi baş tutub.
Tərtərdə yeni Olimpiya İdman Kompleksinin təməli qoyulub (FOTO)

Bakı. Trend:

Bu gün Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi baş tutub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.

Nazir Azad Rəhimov, hal hazırda ölkədə 43 OİK-in fəaliyyət göstərdiyini qeyd edib.

A.Rəhimov bu il daha iki - Lənkəran və Beyləqan OİK-in də istifadəyə veriləcəyini diqqətə çatdırıb.

Nazir vurğulayıb ki, cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların rahat şəkildə idmanla məşğul olmaları üçün təməli qoyulan OİK müstəsna rol oynayacaq.

Kompleksin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Tərtər Olimpiya İdman Kompleksinin tikintisi Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub.

İnşa ediləcək Olimpiya İdman Kompleksinin Tikintialtı sahəsi 7320 m2, ümumi sahəsi 10792 m2, yaşıllıq sahəsi 27624 m2, abadlıq sahəsi 5057 m2-dir.

Əsas idman kompleksi binası 6 hissədən (blokdan) və 1,2 və 3 mərtəbələrdə ibarət olmaqla aşagıdakı göstəricilərə malikdir:

- 1036 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan Universal idman zalı

- 174 tamaşaçı tribunası və 24x12 olçüdə üzgücülük hovuzu olan Üzgüçülük zalı

- 152 tamaşaçı tribunası olan Güləş zalı

- Boks və trenajor zalları

- 54 çarpayı yerlik 22 otaqdan ibarət Mehmanxana

- Restoran, mətbəx, həkim otaqları, hakimlər üçün otaqlar, işçi otaqları, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar

Hər bir idman zalının üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları nəzərdə tutulub.

Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların Kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şəraitin yaradılması nəzərdə tutulub.

Tərtər Olimpiya İdman Kompleksininin hazırlanmış baş planına əsasən ərazidə 1000 nəfərlik tamaşaçı tribunası olan Futbol stadionu, Mini-futbol meydançası, Voleybol - basketbol meydançaları inşa ediləcək.

Kompleksin enerji təchizatını təmin etmək üçün ərazidə 2 ədəd x 1000 kVa gücündə transfarmator yarımstansiyası, generator məntəqəsi, İstilik qazanxanası və nasosxana binası, Nəzarət buraxılış məntəqəsi binası, içməli və yanğına qarşı ehtiyyat su anbarları inşa ediləcək.

Kompleksin müasir tələblərə cavab verən kondinsoner, havalandırma, isitmə, yanğın xəbərverici siqnalizasiya, rabitə, video müşahidə, səs və digər sistemlərlə, müasir idman avadanlıqları, mebel, ləvazimatlar və digər inventarlarla təchiz olunması, eləcədə müstəqil sahəxarici elektrik, qaz, su-kanalizasiya və rabitə kommunikasıya xətlərinin çəkilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti