...

Bakı məktəbliləri karate üzrə beynəlxalq turnirin qalibi olublar (FOTO)

İdman Materials 13 İyul 2018 12:23 (UTC +04:00)
Bakı məktəbliləri karate üzrə beynəlxalq turnirin qalibi olublar
Bakı məktəbliləri karate üzrə beynəlxalq turnirin qalibi olublar (FOTO)

Bakı. Trend:

Paytaxt məktəbliləri Bakıda Xəzər və Qara dəniz ölkələri arasında keçirilən karate üzrə beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, İdarənin tabeliyindəki 328 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sevinc Salayeva və IV sinif şagirdi Arif Salayev qalibiyyət uğrunda əzmkar mübarizə apararaq mükafatçılar sırasına düşüblər. Turnirin nəticələrinə görə S.Salayeva I, A.Salayev isə II yerə layiq görülüb.

Qalib məktəblilər diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, bu, məktəblilərin ilk uğuru deyil. Onlar mütəmadi olaraq ölkə və beynəlxalq səviyyəli yarışlarda parlaq nəticələr əldə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti