...

Premyer Liqada yeni rekord müəyyənləşib

İdman Materials 1 Oktyabr 2018 12:30 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında 2018/19 mövsümündə yeni rekord müəyyənləşib.
Premyer Liqada yeni rekord müəyyənləşib

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümündə yeni rekord müəyyənləşib.

Trend-in PFL-ə istinadən verdiyi məlumatına görə, VI turun “Sabah” – “Qarabağ” qarşılaşmasında (0:2) 4500 tamaşaçı qeydə alınıb. “Əlincə Arena”dakı göstərici cari mövsümün arxada qalan 6 turu üçün mütləq rekorddur.

Bunadək ən çox tamaşaçı III turun “Qarabağ” – “Neftçi” matçında (1:1) qeydə alınmışdı. “Azərsun Arena”dakı görüşü 3000 azarkeş izləyib.

VI turun ümumi tamaşaçı sayı da rekordla diqqət çəkib. Dörd qarşılaşmanı ümumilikdə 6900 tamaşaçı izləyib. Bu da əvvəlki 5 turla müqayisədə ən yüksək göstəricidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti