...

Akrobatlarımız Dünya Kubokunda 8-ci oldu

İdman Materials 16 Aprel 2019 12:04 (UTC +04:00)
Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb.
Akrobatlarımız Dünya Kubokunda 8-ci oldu

Bakı. Trend:

Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb. 18 ölkənin iştirak etdiyi yarışda, Azərbaycan gimnastları qarışıq və kişi cütlüyü proqramında təmsil olunublar.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyümüz ötən gün çıxış etdikləri final mərhələsində 21.320 xalla 8-ci yerdə qərarlaşıblar. Seymur Cəfərov və Murad Əkpərov cütlüyü isə yarışları 13-cü yerdə bitiriblər.

Dünya Kuboku ilə paralel gedən beynəlxalq yarışda isə qadın üçlüyümüz çıxış edib. Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə turnirdə 28-ci yerdə qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti