...

Paytaxtda batut və tamblinq üzrə Bakı Çempionatı və Birinciliyi keçirilir (FOTO)

İdman Materials 6 İyun 2019 13:46 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında Batut gimnastikası üzrə 5-ci və Tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyi start götürüb.
Paytaxtda batut və tamblinq üzrə Bakı Çempionatı və Birinciliyi keçirilir (FOTO)

Bakı. Trend:

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyi start götürüb.

Trend-in məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu və Neftçi İdman Klubunu təmsil edən ümumilikdə 66 gimnast iştirak edəcək.

Qeyd edək ki, iştirakçılar “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti