...

Argentina məhkəməsi Messiyə üzr istəməyi tövsiyə edib

İdman Materials 17 İyul 2019 20:48 (UTC +04:00)
Argentina milli komandasının futbolçusu Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) üzr istəməlidir.
Argentina məhkəməsi Messiyə üzr istəməyi tövsiyə edib

Bakı. Trend:

Argentina milli komandasının futbolçusu Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) üzr istəməlidir.

Trend-in məlumatına görə, bu haqda Argentinanın ali idman məhkəmisinin üzvü Qustavo Abreu məlumat verib. O bildirib ki, əks halda, 32 yaşlı hücumçu 2 il müddətinə yığmada oynamaq hüququndan məhrum edilə bilər.

Qeyd edək ki, Messi Amerika Kubokunda həm kapitanı olduğu Argentinanın yarımfinalda Braziliyaya uduzduğu (0:2), həm də 3-cü yer uğrunda oyunda Çilini məğlub etdikləri (2:1) qarşılaşmada qırmızı vərəqə alandan sonra təşkilatçıları korrupsiyada, hakimləri isə qərəzli idarəçilikdə ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti